SƏDR: Büdcə paketində gömrük rüsumlarına baxılır

05.06.2018 Maliyyə
2019-cu ilin büdcə paketində rüsumlara baxılır.

"Kommersant" bildirir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

S. Mehdiyevin sözlərinə görə, xammal materiallarının gömrük rüsumlarından azad olunması ilə bağlı sorğular göndərilir.

“Bu sahədə gələn sorğuları dəyərləndirib müvafiq qurumlara və Nazirlər Kabinetinə göndəririk. Hazırda tariflərin aşağı salınması və ya yuxarı qaldırılması ilə bağlı hər hansı ciddi paket yoxdur. Amma iş adamları tərəfindən gözləntilər varsa, onu da hökumət dəyərləndirib optimal qərarlar verir”, - deyə S. Mehdiyev əlavə edib.

APA

VTB