USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Oktyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb

16.10.2020 Bank
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən oktyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Bunu açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də oktyabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan onlara verilmiş kartlar vasitəsi ilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları bu ayın 9-da ödənilib.