"Whatsapp"dan gözlənilən funksiya

16.02.2019 İKT
"Whatsapp" hər kəsin gözlədiyi funksiyanı tətbiq etmək üçün çalışır.

“Kommersant.az” xəbər verir ki, istifadəçilər arasında müzakirəyə səbəb olan qrup söhbətlərinə sorğusuz əlavə olunmaq dövrü artıq keçmişdə qalacaq. Belə ki, bundan sonra tətbiqdə biri sizi yeni qrupa əlavə etdikdə sizə təsdiq mesajı göndəriləcək. Mesajı təsdiq etmədiyiniz halda qrupa qatılmaqdan imtina etmiş olacaqsınız.

Qeyd edək ki, sözügedən təsdiq mesajının aktivlik müddəti 72 saat olacaq.