“Pole Çudes”in yeməli hədiyyələri hara gedir? - VİDEO

18.02.2019 İKT
Rusiyanın Birinci telekanalının efirində “Pole Çudes” proqramına gətirilən yeməli hədiyyələrin çəkilişdən sonrakı “aqibəti” ilə bağlı görüntü yayılıb.

Görüntüləri “RİA Novosti” yayıb.

Proqramın sonunda çəkilmiş kadrlarda, hədiyyələrin səhnə arxasına aparılmadığını və studiyanın qonaqları üçün ortaya qoyulduğunu görmək olur. Onlar bu təamlardan özləri ilə istədikləri qədər apara bilirlər.

Videoyazı sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirələrə səbəb olub.

30 ilə yaxın tarixi olan verilişdə yazılmamış qayda olaraq, iştirakçılar aparıcı Leonid Yakuboviçə evdə bişirilmiş müxtəlif təamlar və suvenirlər gətirir.