USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Whatsapp”da əngəllədiyiniz şəxs sizə mesaj yaza bilər

24.05.2018 İqtisadiyyat
0 0
Milyonlarla insanın istifadə etdiyi “Whatsapp”da texniki səhv aşkar edilib

"Kommersant.az" xəbər verir ki, bu səhvə əsasən əngəllənmiş şəxslər sizə mesaj yaza bilər. Mesajlaşma şəbəkəsindən istifadə edən bir çox insan bildirib ki, onları əngəllədiyi şəxslər hələ də onlara mesaj yaza bilir. Problem siz bir şəxsi əngəlli siyahısından çıxarıb, sonra yenidə əngəllədikdə baş verir. İstifadəçilərin bir çoxunun bundan xəbəri yoxdur.

Səhv nəticəsində əngəllənmiş şəxslər nəinki sizə mesaj yaza, hətta statusunuza və profil məlumatlarınıza baxa bilər.

"Whatsapp" istifadəçilərə istənilən istifadəçini əngəlləmək imkanı verir. Lakin aşkarlanan səhv nəticəsində əngəllənmiş şəxs istənilən qədər mesaj göndərə biləcək.

Bu problemlə həm "İOS", həm də "Android" istifadəçiləri qarşılaşıb.

  • Əvvəlki

    Donald Tramp avtomobil idxalına 25 faiz rüsum tətbiq etmək istəyir

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0