USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mobil operatorların üzərinə yeni vəzifə qoyulur: Nömrə sahibinin kimliyi açıqlanmalıdır

12.05.2019 İqtisadiyyat
0 0
Azərbaycanda mobil operator və provayderlərin üzərinə yeni vəzifə qoyulur.

"Kommersant.az" bildirir ki, bununla bağlı məsələ "Telekommunikasiya haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanunun 33-cü maddəsinə (Operatorların və provayderlərin vəzifələri) təklif edilən yeni bəndə əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusuna real vaxt rejimində cavab vermək vəzifəsi müəyyən edilir.

Dəyişikliyin məzmunu ondan ibarətdir ki, kommersiya hüquqi şəxslərin qeydiyyatını bir pəncərə sistemi əsasında həyata keçirən Vergilər Nazirliyi sorğu verərkən mobil telefon operatorları məhdud məsuliyyətli cəmiyyətin və onun təsisçilərinin təqdim etdikləri mobil nömrələrin həmin şəxslərə məxsusluğu barədə məlumatı verməkdən imtina etməsin və bu məlumatı vermək operatorların vəzifələri sırasına daxil edilsin.

  • Əvvəlki

    Pensiya və maaşlarla bağlı əhaliyə şad xəbər! - VİDEO

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0