USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İnstagram” bu heşteqləri blok edəcək

13.05.2019 İqtisadiyyat
0 0
“Instagram” sosial şəbəkəsi vaksinlər barədə feyk məlumatların yayılmasına kömək edən heşteqləri blok edəcək.

Söhbət "yalan olduğu sübut oluna bilən iddialardan" gedir.

Sosial şəbəkənin yeni siyasəti zərərsiz görünə bilinən, lakin həqiqətdə təkzib edilmiş iddiaların yayılması üçün istifadə olunan heşteqlərə aid olacaq.

Qeyd edək ki, daha öncə yüzlərlə istifadəçi sosial şəbəkəni "vaksinlər barədə dezinformasiyanın qeyri-ardıcıl emal olunmasında" tənqid etmişdi.

Xatırladaq ki, Almaniyada vaksinlərlə bağlı qanun layihəsi hazırlanıb. Qanuna əsasən, uşaqlarına peyvənd vurdurmayan şəxslər 2,5 min avro cərimələnəcək, peyvənd olunmamış uşaqlar isə uşaq baxçalarına buraxılmayacaq.

Banker.az

  • Əvvəlki

    “Lukoil” şirkətinin rəhbəri “Forbes”in reytinqində 3-cü pillədə

Digər xəbərlər