USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərkosmos”un nizamnamə kapitalı 3 dəfə artırılacaq

04.06.2019 İqtisadiyyat
0 0
“Azərkosmos” ASC-nin nizamnamə kapitalı 105 695 280 manat və yaxud 2,66 dəfə artırılaraq 63 610 600 manatdan 169 305 880 manata çatdırılacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə Report agentliyi hökumətdəki mənbəyə istinad edir

Məlumata görə, bu məqsədlə dövlət şirkətinin dövriyyədə olan 20 manatlıq nominal dəyərə malik səhmlərinin sayı 5 284 764 ədəd artırılaraq 3 180 530-dan 8 465 294-ə çatdırılacaq.

Xatırladaq ki, "Azərkosmos" zərərlə işləyir. Səhmdar cəmiyyəti ötən ili 6,462 milyon manat zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 59,85% az olsa da, qurumun yığılmış zərəri 1,6% artaraq 313,191 milyon manata çatıb.

Banker.az