USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankda Apellyasiya Şurası yaradılıb

04.06.2019 Bank
0 0
Azərbaycan Respublikası Prezidentinin “Dövlətə məxsus olan hüquqi şəxslərdə Apellyasiya Şuralarının yaradılması haqqında” fərmanına uyğun olaraq, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmada şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə dövlət bankı Azər Türk Bankda Apellyasiya Şurası yaradılıb.

"Kommersant.az" xəbər verir ki, Apellyasiya Şurasında sahibkarlıq fəaliyyəti göstərən fiziki (fərdi sahibkar) və hüquqi şəxslərin özlərinin (şəxsi) sahibkarlıq fəaliyyətləri ilə bağlı şikayətlərinə baxılır.

Müraciətlər bankın inzibati binasının yerləşdiyi Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85, 192/193 ünvanında və yaxud [email protected] elektron poçt ünvanında qəbul olunur.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.