USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Visa" Azərbaycan üzrə yeni direktor təyin edib

05.07.2019 İqtisadiyyat
0 0
“Visa International” şirkətinin Qafqaz regionu üzrə yeni direktoru təyin edilib.

"Kommersant.az" şirkətə istinadən xəbər verir ki, yeni ölkə direktoru Kristina Doroş olub.

K.Doroş bu yeni vəzifəsində əsas diqqətini "Visa" şirkətinin regionun bazarlarındakı fəaliyyətinə, eləcə də şirkətin banklara, satış nümayəndələrinə və kart sahiblərinə göstərdiyi dəyəri artırmaqla Qafqaz regionunda elektron ödənişlərin genişlənməsinə yönəldəcək.

"Biz Kristina Doroşun "Visa" şirkətinin Qafqaz regionu üzrə ölkə direktoru vəzifəsinə təyin olunmasından böyük məmnunluq duyuruq. Sınanmış idarəetmə və liderlik bacarıqları, ödənişlərlə bağlı dərin bilikləri və regional biznes işini əla bilməsi sayəsində Kristinanın şirkətimizin Qafqaz regionundakı ölkələrə verdiyi əhəmiyyəti nəzərə alaraq, fəaliyyətimizi daha yüksək zirvələrə aparacağına inanırıq", - "Visa" şirkətinin CISSEE üzrə ölkə direktoru Vera Platonova bildirib.

Kristina Doros pərakəndə bankçılıq, informasiya texnologiyaları, kartlar və mobil ödəmələr üzrə 20 illik iş təcrübəsinə malikdir. 2016-cı ildən bəri Kristina Doros Regional Məhsullar komandasına rəhbərlik etmək üçün "Visa" şirkətinə qoşulub və 2019-cu ildən Problemlərin Həlli Departamentinin müdiri, "Visa" CISSEE-nin vitse-prezidentinin səlahiyyətlərini icra edir. Əsas məhsullardan (Debit, Credit və Premium) başqa, Kristina həmçinin elektron ödənişlərin yayılması üçün baza rolunu oynayan "Loyalty" platformasının inkişafı, Rəqəmsal Həllər və "Push Payments" sistemini idarə edir. Kristinanın peşəkar uğurlarının əsas mərhələlərinə Premium ödənişlərinin artırılması, Ukraynada və Belarusda "Loyalty" proqramının işə salınması, Tap to Phone SME texnologiyasının işə salınmasının dəstəklənməsi və s. daxildir.

"Visa CİSSEE məhsulları komandasının rəhbəri kimi maraqlı təcrübəmdən sonra Qafqaz regionunda "Visa" şirkətinə rəhbərlik etməkdən məmnunluq duyuram. Bu, müştərilərimizə və tərəfdaşlarımıza daha çox innovasiya və fayda təqdim edə bilmək və ödənişlərin gələcəyini formalaşdırmaqla və regionda yenilikləri təşviq etməklə bazarda mövcudluğumuzu gücləndirmək üçün maraqlı və çətin bir imkandır", - Kristina Doroş deyib.

  • Əvvəlki

    Şəki Toxum Emalı müəssisəsi fəaliyyətə başlayıb

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0