USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azercell-in Rəqəmsal Dünyası bölgələrə genişlənir

05.08.2019 İqtisadiyyat
0 0
“Azercell Telekom” MMC "Rəqəmsal Dünya bölgələrdə" layihəsinə həsr olunmuş mətbuat konfransı keçirib.

"Kommersant.az" xəbər verir ki, Naxçıvan şəhərindən başlayan və artıq Şərur, Ordubad, Quba, Xaçmaz, Qusarda baş tutan bu layihədə "Azercell" ölkənin 30-a yaxın şəhər və rayonuna səfər etməyi planlaşdırır.

Mətbuat konfransında çıxış edən "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev bu layihənin internetsiz, daimi bağlantısız ərsəyə gəlməsinin mümkün olmadığını bildirib: "Odur ki, biz respublikamızın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, yüksək sürətli internet sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək üçün ölkə boyu 4G şəbəkəsini gücləndirdik və genişləndirdik. Qeyd edim ki, təkcə son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırdıq. Bu müddətdə Bakı və Abşeron da daxil olmaqla, ölkəmizin 57 bölgəsində 1007 yeni LTE stansiyası qurduq. Ümumi stansiyalarımızın sayı isə 7000-i ötdü".

"Azercell Telekom" MMC-nin İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri Krasimir Genov isə deyib ki, layihə çərçivəsində insanların həyat tərzini rahatlaşdıran texnoloji yeniliklər və mobil qurğuların texniki imkanlarından istifadə edilməklə xidmətlərin əlçatanlığını nümayiş olunur. K. Genov jurnalistlərə layihə çərçivəsində səfərlərin təşkil ediləcəyi bölgələr haqda da məlumat verib.

"Azercell Telekom" MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri, Nigar Şıxlinskaya layihənin sosial tərəfindən bəhs edib. Belə ki, fəaliyyəti boyunca on minlərlə insana yardım edən "Azercell"in "Mobil Göz" və "Mobil Diş" klinikaları "Rəqəmsal Dünya bölgələrdə" layihəsi çərçivəsində səfərlərə qoşularaq, "Xəzər Qayğıkeşlik" İctimai Birliyinin həkimləri ilə regionlarda yerləşən internat məktəbləri və uşaq evlərinin kiçik sakinlərini üçün təmənnasız müayinə və müalicə təşkil edirlər.

Bundan əlavə, "Azercell" tərəfindən uşaqlara hədiyyə olaraq məktəb çantası, məktəb ləvazimatları və digər hədiyyələr də paylanılır.

N. Şıxlinskaya 4G şəbəkəsinin genişlənməsi üzrə şirkətin son nailiyyətlərindən də danışıb. O bildirib ki, "Azercell" son yarımildə Azərbaycanın 57 şəhər və rayonunda əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% artıma nail olub. N. Şıxlinskaya günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alındığını da vurğulayıb.

Mətbuat konfransının sonunda jurnalistlər "Azercell"in mobil klinikalarına baxış keçiriblər.

  • Əvvəlki

    "Sədərək" Yusifin ekoloji terrorunun daha bir videosu - MİNGƏÇEVİRDƏ KÜR ÇAYININ QABAĞI KƏSİLDİ

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0