USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

MTRŞ-ın qərarı ləğv olundu

07.02.2020 İqtisadiyyat
0 0
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Bu barədə "Kommersant.az"a şuradan məlumat verilib.

İclasda "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanununun qəbul olunması ilə əlaqədar "Televiziya və radio yayımı haqqında" qanunda edilən dəyişikliklər müzakirə olunub.

"Televiziya və radio yayımı haqqında" qanunun 33-cü maddəsində edilən son dəyişikliyə əsasən, Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci ildə qəbul etdiyi "Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar" hüquqi qüvvəsini itirdiyindən şuranın qərarı ilə ləğv olunub.

İclasda, həmçinin, "TV Texservis" MMC-nin "ATV Plyus" MMC-yə birləşməsi ilə əlaqədar olaraq Milli Televiziya və Radio Şurası tərəfindən "TV Texservis" MMC-yə verilmiş kabel şəbəkəsi yayımı üçün 18 mart 2016-cı il tarixli lisenziyanın və "TV Texservis" MMC-nin istifadəsinə ayrılmış efir yayım tezliklərinin onun hüquqi varisi olan "ATV Plyus" MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.

  • Əvvəlki

    İtaliyalı iş adamları Azərbaycana gəlir

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0