USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp “Twitter”i prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıb

27.05.2020 İqtisadiyyat
0 0
ABŞ Prezidenti Donald Tramp bəzi paylaşımlarında yalan məlumatlar peyda olduqdan sonra “Twitter” sosial şəbəkəsini Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıb.

"TASS" xəbər verir ki, bu barədə amerikalı lider özünün "Twitter" səhifəsində yazıb.

"Twitter" indi də 2020-ci il prezident seçkilərinə müdaxilə edir. Onlar bildirirlər ki, kütləvi korrupsiyaya və saxtalaşdırmaya səbəb ola biləcək poçt səsverməsi ilə bağlı mənim açıqlamam "CNN" və "Washington Post"un saxta xəbərləri ilə aparılan məlumatların yoxlanılmasına əsaslanaraq doğru deyil. "Twitter" tamamilə söz azadlığına təzyiq göstərir və mən prezident kimi buna imkan verməyəcəm", – Tramp belə deyib.

Qeyd edək ki, bazar günü ABŞ Prezidenti "Twitter" səhifəsində yazıb ki, demokratlar poçt səsverməsi təşkil edərək seçki saxtakarlığı üçün şərait yaratmağa çalışırlar. Amerika liderinin sözlərinə görə, onun siyasi rəqibləri koronavirusdan "dələduzluq üçün bir bəhanə kimi" kimi istifadə etməyə çalışırlar. Bundan sonra Trampın tvitində məlumatların etibarsız olması və əlavə araşdırmaya ehtiyac duyulması barədə xüsusi bir işarə qeyd edilib.

  • Əvvəlki

    Kapital Bank POS terminal komissiyalarına endirim etdi

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0