USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İcazə portalı 8103 SMS xidməti deyil"

05.06.2020 İqtisadiyyat
0 0
Şənbə günündən etibarən icaze.e-gov.az portalı yenidən fəaliyyətə başlayacaq.

"Kommersant.az" xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.

"Baş Nazir tərəfindən imzalanan qərar əsasında fəaliyyətinə icazə verilən sahələr var – özəl təşkilatlar və dövlət qurumları. 6 iyun tarixindən etibarən icaze.e-gov.az portalı fəaliyyətə başlayacaq. Bu, 8103 SMS xidməti deyil. Vətəndaşlar yanlış anlamasın. SMS sistemi fəaliyyətə başlamır. Nazirlər Kabinetinin qərarında həmin sistemdə hansı təşkilatlar qeydiyyatdan keçə və icazə ala bilər – onların siyahısı artıq təsbit olunub. Bu siyahı üzrə təşkilatlar daxil olacaqlar.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.

Dövlət təyinatlı və həyati əhəmiyyətli təşkilatların icazələri 8 iyuna qədər avtomatik olaraq təmin olunacaq".

  • Əvvəlki

    Diqqət: İyunun 15-dən...

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0