USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hindistan "Tik-tok"u qadağan etdi

30.06.2020 İqtisadiyyat
0 0
Hindistanda Tik-tok sosial şəbəkəsi də daxil olmaqla Çin mənşəli 56 tətbiqin istifadəsinə qadağa qoyulub.

"Kommersant.az" xarici mətbuata istinadən xəbər verir ki, hökumət sözügedən tətbiqlərin Hindistanın suverenliyinə və ərazi bütövlüyünə zərər verdiyi qənaətindədir. Tətbiqlərin ölkənin müdafiəsinə, dövlət təhlükəsizliyinə və ictimai vəziyyətə zərərli olduğu bildirilib.

Hökumət həmçinin Çində hazırlanan proqramların mobil telefonlardan başqa digər cihazlarda da əngəllənəcəyini açıqlayıb. Siyahıda Tik Tok, WeChat, UC Browser, Kwai, Baidu Map, Clash of Kings, Mi Community, Club Factory, UC News, Weibo, QQ Music və Mobile Legends kimi tətbiqlər yer alıb.