USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fərid Bağırova yüksək vəzifə verildi

10.08.2020 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini Fərid Bağırov təyin edilib.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə Xidmətdən bildirilib.

F. Bağırov 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsini bitirib. 2000-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, "Azərbaycan Hava yolları" QSC, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

  • Əvvəlki

    Toylara bu şərtlə icazə veriləcək - Deputat AÇIQLADI

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0