USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Apple və Samsung patent məhkəməsində razılaşdı

28.06.2018 İqtisadiyyat
0 0
Apple və Samsung yeddi illik patent məhkəməsində razılığa gəliblər.

ABŞ-ın Şimali Kaliforniya Bölgəsindəki Bölgə Məhkəməsində əldə edilmiş razılaşmanın şərtləri barədə məlumat verilməyib.

"Kommersant" xəbər verir ki, Apple, 2011-ci ildə Samsung-un iPhone-un dizaynını "birə-bir" köçürdərək patent hüquqlarını pozduğu iddiası ilə məhkəməyə müraciət etmişdi.

Samsung patentlərdən bəzilərini pozduğu üçün Apple-a daha əvvəl 399 milyon dollar təzminat ödədikdən sonra, ABŞ-da bir məhkəmənin hakimləri keçən ay Samsung-un Apple-a 539 milyon dollar təzminat ödəməli olduğu barədə qərar vermişdi. Qərar təsdiq olunarsa Samsung-un Apple-a təxminən 140 milyon dollar əlavə ödəniş etməsi lazımdır.

Razılaşmaya görə, Samsung-un Apple-a bir ödəniş etməsi lazımdırsa miqdarın nə olduğu hazırda məlum deyil.

Apple-ın sözçüsü müqavilənin şərtlərinə dair açıqlama verməyərək, Apple-ın "dizayna böyük əhəmiyyət verdiyini" və "bu iddianın puldan daha çox şey ifadə etdiyini" deyib.

Samsung-un sözçüsü də açıqlama verməyib.

  • Əvvəlki

    Yüksək komission haqqı verən sığorta şirkətinə ciddi sanskiyalar tətbiq ediləcək

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0