USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Smartfon istehsalı 3% azalıb

07.08.2018 İqtisadiyyat
0 0
"Strategy Analytics" şirkətinin ekspertlərinin məlumatına görə, 2018-ci ilin ikinci rübündə qlobal smartfon tədarükü 3% azalaraq 350,4 milyon təşkil edib. 2017-ci ilin müvafiq dövründə bu göstərici 360,4 milyon olub. Mütəxəssislər qurğuların gec dəyişdirilməsini, mobil operatorlar tərəfindən subsidiyaların azaldılmasını və qurğuların dizaynında innovativ dəyişikliklərin yoxluğunu satış həcminin azalmasına səbəb kimi göstərirlər.

"Kommersant.az" xəbər verir ki, smartfon bazarının lideri "Samsung" şirkəti öz mövqeyini sürətlə itirir. Cənubi Koreya şirkəti aprel-iyunda 71,5 milyon smartfon tədarük edib ki, bu da ötənilki göstəricidən (79,5 milyon) 10% azdır ki, bu da "ağıllı" telefon bazarında 20,4zar payına müvafiqdir.
Çin və Hindistanda öz mövqelərini gücləndirən Çinin "Xiaomi" və "Huawei" şirkətləri Cənubi Koreya şirkətini sıxışdırırlar.
2018-ci ilin ikinci rübündə "Huawei" şirkəti ilk dəfə dünyanın aparıcı smartfon istehsalçılarının reytinqində ikinci yeri tutub. Ötən rübün nəticəsinə görə, "Huawei" şirkəti smartfon tədarükünü 41% artırıb (54,2 milyonadək) ki, nəticədə bazar payı 15,5%-ə yaxınlaşıb.
41,3 milyon "iPhone" satmış "Apple" şirkəti reytinqdə üçüncü yerə düşüb.


(c) Milli.az

  • Əvvəlki

    Bu şirkət Vergilər Nazirliyinin məsləhətçisi oldu

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0