10 milyon nəfərin əlində iPhone var

14.08.2018 İKT
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "ABŞ-ın elektronika məhsullarına boykot tətbiq edəcəyik. Onların iPhone-u varsa, o biri tərəfdə Samsung var, Venüs var, Vestel var" sözlərindən dərhal sonra Türkiyədə gözlər ağıllı telefon bazarındakı son vəziyyətə çevrilib.

Apple-ın 2007-ci ildə ilk modelinin çıxardığı iPhone Türkiyədə 2008-ci ilin sonunda satışa təqdim olunub. Aradan keçən müddət ərzində Apple-ın dünya miqyasında iPhone satışları 1.3 milyard ədədi ötüb. Hazırda Türkiyədə isə aktiv olaraq iPhone istifadə edən 10 milyona yaxın insan var.

Araşdırma təşkilatı "Statcounter"ın 2018-ci ilin İyul ayına olan məlumatlarına görə, dünya ağıllı telefon bazarında Apple-ın iPhone ilə 19.4%-lik bazar payı olarkən, ən böyük rəqibi Cənubi Koreyalı Samsung-un payı isə 30.7 faiz səviyyəsindədir.

TÜRKİYƏDƏ 16.5 FAİZ BAZAR PAYI VAR

Apple-ın iPhone ilə Türkiyədə 16.5 faiz səviyyəsində, qlobal rəqibi olan və Prezident Ərdoğanın da işarə etdiyi Samsung-un Türkiyədəki bazar payı isə 52.7%-ə çatmış vəziyyətdədir.

"Statcounter"ın təhlilinə görə, Türkiyədəki mobil qurğu bazarında Samsung və Apple-ın ardınca, 5%-lik pay ilə General Mobile, 5.2% ilə LG, 4.9% ilə Huawei və 2% pay ilə Vestel gəlir.

İnformasiya Texnologiyaları və Rabitə Təşkilatının (BTK) 2018-ci il 1-ci Rüb Bazar Məlumatları Hesabatına görə, Türkiyədəki ümumi mobil abunəçilərin sayı 79 milyonu, Türkiyədəki mobil operatorların açıqladığı maliyyə və operativ nəticələrə görə ağıllı telefon istifadə nisbəti isə 70%-i aşmışdır

Bu faktlara əsasən Apple-ın 16.5%-lik bazar payı nəzərə alındıqda isə Türkiyədə təxminən 10 milyon istifadəçinin əlində iPhone olduğu ortaya çıxır.

(c) Marja