Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı artıb

18.05.2018 Sənaye
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 166 144,8 min manatlıq kimya sənayesi məhsulları istehsal edilib.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövründən 1,6% çoxdur.

Hesabat dövründə kimya sənayesi məhsullarından 21,1 min ton propilen (əmtəəlik 16 min ton), 39,1 min ton polietilen, 40,3 min ton etilen istehsal edilib.

Propilen istehsalı illik müqayisədə 12,5%, polietilen və etilen istehsalı hər biri 7,1% artıb.