Sənaye Korporasiyası iki şirkət yaradıb

25.05.2018 Sənaye
Azərbaycan Sənaye Korporasiyası artıq iki şirkət yaradıb. Bunlar bu il balansına köçürülmüş sənaye müəssisələrinin idarə olunması üçün paralel strukturlardır.

"Kommersant.Az" xəbər verir ki, bu şirkətlərin reyestr məlumatları Vergilər Nazirliyinin çap orqanında dərc olunub.

"Azərripək" MMC və "Azəralüminium" MMC bu il aprelin 16-da yaradılıb. Hər iki şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir. Şirkətlərin hüquqi ünvanı belədir: Bakı, Tbilisi prospekti, 65, "ASK Plaza"