Rusiya bankı törəmə strukuturu olan sığorta şirkətini satıb
"Bank VTB - Rusiya"nın törəmə strukturu olan "VTB Sığorta" şirkəti satılıb.
"Kommersant.Az" xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.
Məlumatda bildirilir ki, investorlar ölkənin 2-ci ən böyük sığorta şirkəti "Soqaz"dır.
"Bank VTB"nin İdarə Heyətinin sədri Andrey Kostinin sözlərinə görə, rəhbərlik etdiyi maliyyə qurumu bu sövdələşmə nəticəsində onlarla milyard rubl gəlir əldə edəcək.