USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Agentliyin sədri ət kəsim məntəqəsində olub

01.06.2018 İqtisadiyyat
0 0
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən monitorinqlər çərçivəsində iyunun 1-də ət və ət məhsullarının istehsalı ilə məşğul olan “AzProtein Foods Group” MMC-nin fəaliyyəti ilə tanış olub, istehsalat sahələrinə baxış keçirib.

Agentlik sədri qida təhlükəsizliyi sahəsində dövlət siyasəti və qarşıya qoyulan tələblər haqqında müəssisə əməkdaşlarına geniş məlumat verib, müasir standartlara cavab verən, rəqabətə davamlı qida məhsullarının, o cümlədən qida zəncirində mühim əhəmiyyət kəsb edən ət və ət məhsullarının istehsalı, tədarükü, qablaşdırılması və satışının əsas vəzifə olduğunu diqqətə çatdırıb.

Müəssisədəki iri və xırdabuynuzlu heyvanların kəsim sahəsi, laboratoriya otağı, dondurucu sahə, qablaşdırma sahəsinə baxış keçirən Q.Təhməzli iş prosesini müşahidə edib, kollektivi maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib, onların istək və arzularını dinləyib.

  • Əvvəlki

    Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndi içməli su ilə təmin olunub

Digər xəbərlər