“Pambıq tarlalarına səpilən dərmanlar müxtəlif şirkətlərdən alınır”

22.06.2018 Sənaye
“Pambıq tarlalarında baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalar aparılır. Hər hansı zəhərlənmənin olub-olmamasının nəticələri hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparıldıqdan sonra bəlli olacaq”.

Bu barədə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumatda deyilib.

Cəmiyyətdən dərmanların idxal məsələsinə də aydınlıq gətirilib.

“Dərman və kimyəvi preparatları biz özümüz gətirmirik, onlar müxtəlif şirkətlər tərəfindən idxal olunur və biz onlardan alırıq. Bu preparatlar lazımi fitosanitar və uyğunluq sertifikatları ilə təchiz olunur”.

Xatırladaq ki, son günlər Saatlı, Tərtər, İmişli və Yevlaxdakı pambıq tarlalarında kütləvi zəhərlənmə halları baş verib.

Modern