USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azsığorta”dan blanklar oğurlandı

25.05.2020 Bank
0 0
“Azsığorta” ASC-də oğurluq hadisəsi baş verib.

"Kommersant.az"-ın xəbərinə görə, rəsmi məlumatda dərc edilib.

Belə ki, ASC-yə məxsus 13 ədəd ciddi uçot blankı oğurlanıb. Bildirilib ki, həmin blanklar oğurlandığı üçün etibarsız sayılır.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova ("AFB Bank" ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.Report