Türkiyə yenidən Mərkəzi Bankın ehtiyatlarını istifadə edir

14.05.2019 Qeyri Bank
Rəsmi Ankara ilin əvvəlindən büdcə xərclərini maliyyələşdirmək üçün Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarından yenidən istifadə etmək məcburiyyətindədir.

"Kommersant.az" xəbər verir ki, 13 may bazar ertəsi günü türk lirəsi və Türkiyənin birja bazarının mövqeləri, büdcə kəsirinin və ölkə səlahiyyətlilərinin məcburi addımlarının fonunda yenidən təzyiq altına düşüb.

Bir neçə mənbənin verdiyi məlumata görə, Türkiyənin Maliyyə Nazirliyi, Türkiyə Mərkəzi Bankından dövlət büdcəsinə 40 milyard türk lirəsi (6,6 milyard dollar) köçürməsinə dair qanunvericiliyin qəbul edilməsi üzərində çalışır. Qeyd edildiyi kimi, yeni qanun layihəsi “tezliklə” Türkiyə parlamentinə göndəriləcək.

2019-cu ilin yanvar ayında Türkiyə Mərkəzi Bankı, Türkiyə Maliyyə Nazirliyinə 37 milyard lirə məbləğində vəsait köçürmüşdür. Mərkəzi Bankdan bir daha vəsaitlərin cəlb edilməsi “daha ciddi” büdcə kəsiri ilə bağlı olub.

Bunun fonunda türk lirəsinin kotirovkaları ABŞ valyutasına qarşı 1,8% itirərək, dollar başına 6,09 lirə qiymətinə çatıb. İstanbul fond birjasının indeksi 2,5% azalıb.

Banker.az

VTB