USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Samir Şərifov: “Maliyyə sektorundakı islahatlar büdcə gəlirlərinə müsbət təsir edib”

21.05.2019 Bank
0 0
“Azərbaycan iqtisadiyyatın bir sıra sahələrində olduğu kimi, maliyyə sektorunda da uğurlu islahatlar aparıb. Bu isə dövlət büdcəsi gəlirlərinə müsbət təsir edib”.

"Kommersant.az" xəbər verir ki, bunu Bakıda keçirilən "Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu"nda ("2019 Asian Development Public Debt Management Forum") çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

"Görülən işlər nəticəsində Azərbaycan Dünya Bankının "Doing Business 2019" hesabatında ən çox islahat aparan 10 ölkə arasındadır", - nazir qeyd edib.

Report