USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu klinikalarda plastik əməliyyat təhlükəlidir - FOTOLAR/SİYAHI

20.10.2025 Digər
0 0
Azərbaycanda fəaliyyət göstərən klinikalarda hətta ciddi hesab edilməyən əməliyyatlarda belə ölüm faktı müəyyən edilir. Bu, əsasən plastik cərrahiyədə baş verir. Problem odur ki, məsələ nə qədər öz ciddiyətini qorusa da, əməliyyatında xəstəsini öldürən həkimlər yenidən xəstə qəbul edərək əməliyyat edə bilir. Hətta siyahıya nəzər yetirdikdə plastik cərrahiyə nəticəsində bir neçə dəfə xəstəsini öldürən həkimlərə rast gəlmək mümkündür.

Kommersant.az bu yazıda plastik cərrahiyə zamanı ölən pasiyentlərin hansı həkim və klinikada əməliyata alındığının siyahısını hazırlayıb.

Həkim Sirus Qoçqani 2020-ci ildə “Baku Medikal Plaza”da 24 yaşlı gənc pasiyentini plastik-estetik cərrahiyyə əməliyyatı itirib. Əməliyyat başa çatmamış pasiyentin ölüm faktı qeydə alınıb. Daha sonra məlum olub ki, S.Qoçqaninin əməliyyatında 2019-cu ildə həkim-ginekoloq Sona Gürgün Vəliyeva, 2017-ci ildə isə "Zəfəran Hospital”da model Leyla Oruclu həyatını itirib. Daha sonra Səhiyyə nazirliyi tərəfindən sözügedən həkimin sertifikasiyasının olmadığı məlum olub.

2018-ci ildə “Stimul Hospital”da plastik-cərrah Elçin Zodan tərəfindən keçirilən plastik əməliyyat zamanı Y.Quliyeva adlı pasiyent həyatını itirib. Məsələ burasıdır ki, həkim özü də bunu təsdiqləyib.

2025-ci ildə "Mərcan Medicare" xəstəxanasında 30 yaşlı Nərzin Mansurlu burun şəkilləndirmə əməliyatı üçün həkim Sənan Mehdiyevə müraciət edib. Əməliyyatdan sonra isə N.Mansurlunun da ölüm faktı qeydə alınıb. Ötən günlərdə sözügedən həkimə hökm oxunub. Hökmə əsasən, Sənan Mehdiyev ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib. Amma onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Sumqayıtda yerləşən "Etalon hospital"da liposaksiya əməliyyatı etdirən 34 yaşlı Pərvanə Mirzəyevə da həyatını itirənlər sırasındadır.

Gülbəniz Bayramova "VMR Medical Center" klinikasında özünü “həkim” Gülsüm Əliyevaya əmanət edib. Liposaksiya əməliyyatı zamanı pasiyentin ölüm faktı qeydə alınıb.

  • Əvvəlki

    İspaniya Aİ-ni daimi yaz vaxtına keçməyə çağırır

Digər xəbərlər

20.10.2025 Digər
Sabah sulu qar yağacaq
0 0
01.10.2025 Digər
Sabah hava necə olacaq?
0 0
29.09.2025 Digər
Sabah yağış yağacaq
0 0
26.09.2025 Digər
Sabahın hava - PROQNOZU
0 0
25.09.2025 Digər
Sabah güclü külək əsəcək
0 0
22.09.2025 Digər
Sabah hava necə olacaq?
0 0
19.09.2025 Digər
Sabahın hava proqnozu açıqlanıb
0 0