USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqlim həm də yeni imkanları ortaya çıxarır - Muxtar Babayev

01.10.2025 Digər
0 0
İqlimlə bağlı tendensiyalar müzakirə ediləndə həmişə təhlükələr önə çıxır. Daha çox “hansı təhlükələrlə üzləşə bilərik?”- bunun müzakirəsini aparırıq. Gəlin, imkanlardan da danışaq. Bir tərəfdən hansısa risk və çətinliklər əmələ gələndə digər tərəfdən də imkanlar ortaya çıxır.

Kommersant.az xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Muxtar Babayevin sözlərinə görə, iqlim təkcə kənd təsərrüfatına istər-istəməz neqativ təsirlər göstərmir, həm də bitkiçilik, heyvandarlıq və digər sahələrdə adaptasiya olunmağa, yeni istehsalatların ortaya çıxmasına imkan yaradır.

COP29 prezidenti vurğulayıb ki, görüşün keçirilməsi nəticəsində bu zəncirin bütün iştirakçıları bu məsələlərdən həm agah və xəbərdar olmalı, həmçinin öz fikir və təkliflərini, problemlərini dilə gətirməlidir.

  • Əvvəlki

    AMB prezidenti Laqard: ABŞ-ın tariflərinə baxmayaraq Avropa iqtisadiyyatı güclü olaraq qalır

Digər xəbərlər

01.10.2025 Digər
Sabah hava necə olacaq?
0 0
29.09.2025 Digər
Sabah yağış yağacaq
0 0
26.09.2025 Digər
Sabahın hava - PROQNOZU
0 0
25.09.2025 Digər
Sabah güclü külək əsəcək
0 0
22.09.2025 Digər
Sabah hava necə olacaq?
0 0
19.09.2025 Digər
Sabahın hava proqnozu açıqlanıb
0 0