USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elektron siqaretin idxalına - QADAĞA QOYULUR?

13.07.2023 Digər
2 0
Xəbər verdiyimiz kimi iyulun 11-dən Ukraynada siqaret, tütün və elektron mayelərin satışı, istehsalı və idxalını qadağan edən qanun qüvvəyə minir. Ukraynada 2021-ci ilin dekabrında qəbul edilmiş qanunla nəzərdə tutulan adi və elektron siqaretlərin satışına qoyulan qadağaların yeni hissəsi çərşənbə axşamı qüvvəyə minir. Beləliklə, iyulun 11-dən siqaret, tütün məmulatları və ətirli elektron mayelərin istehsalı, idxalı və ticarəti qadağan edilir.

Məlum olduğu kimi ölkəmizdə də elektron siqaretlər kifayət qədər populyardır. Və onun da ziyanlı olması barədə müxtəlif fikirlər səslənir.

Elə isə bizim ölkəmizdə də elektron siqaretlərin idxalı qadağan edilə bilərmi?

Mövzu ilə bağlı həkim Rasif Bağırovun mövqeyini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, istənilən məhsulun istehsal hədəfi olur:

“Elektron siqaretin hədəfi də tütün istehlakının qarşısını almaqdır. Yəni məqsəd odur ki, nikotinin orqanizmə zərəri aradan qaldırılsın. Belə olan halda isə elektron siqaretin ziyanlı olduğunu birmənalı şəkildə demək çox çətindir. İkinci bir tərəfdən, bu vaxtadək dünya alimlərinin və yaxud onu istehsal edən müəssisələrin elektron siqaretin əks təsiri barədə hansısa rəsmi məlumatına bir həkim kimi rast gəlməmişəm.

Üstəlik, elektron siqaretlər əsasən Avropa dövlətlərində istehsal olunur. Avropada isə məhsulun təkcə keyfiyyətinə yox, həm də ətraf mühitə təsirinə çox ciddi fikir verilir. Bu mənada Ukrayna hökümətinin bu qərarı birmənalı qəbul edilmir. Çünki, qadağanın elmi əsasları verilmir. Bilinmir ki, bu qadağa konkret hansı fakta görə qüvvəyə minib. Ona görə də indiki vaxtda ölkəmizdə elektron siqaretin idxalına və istifadəsinə qadağa qoyulmasına lüzum görmürəm”.

  • Əvvəlki

    ABŞ çip istehsalçısı Nvidia-nın Recursion-a 50 milyon dollar investisiyası

Digər xəbərlər