USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərlotereya” 2023-cü il üçün 63.2 milyon vergi ödəyib

30.05.2024 Digər
0 0
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru - “Azərlotereya” ASC 2023-cü il üzrə maliyyə hesabatını təqdim edib.

2023-cü ildə “Azərlotereya”nın satışdan gəlirləri 260,96 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda artım müşahidə olunub. Bu göstərici 2022-ci illə müqayisədə 21 faiz artıb.

Bununla yanaşı, şirkətin xalis mənfəəti 35,8 milyon manat təşkil edib.

2023-cü il ərzində şirkət 6,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 23,5 milyon manatdan 30,3 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya”nın 2023-cü ilin sonu cəmi aktivləri 96,7 milyon manat təşkil edib. Şirkətin 2022-ci ilin sonunda cəmi aktivləri 87,7 milyon manat olub.

Qeyd edək ki, “Azərlotereya”nın cəmi kapitalı 85 faiz artaraq, 29,3 milyon manata çatıb.

“Azərlotereya”nın 2023-cü il hesabat dövrünə aid hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 63.2 milyon manat təşkil edib. 2022-ci ildə bu göstərici 54.7 milyon manat olub.

Hesabatla daha ətraflı buradan tanış ola bilərsiniz.

  • Əvvəlki

    Müraciətlər artdı, tədbir görüldü

Digər xəbərlər

20.02.2026 Digər
Almaz dövlət nəzarətinə keçir
0 0
20.02.2026 Digər
Sabah hava necə olacaq?
0 0
19.02.2026 Digər
Sabah hava necə olacaq?
0 0
18.02.2026 Digər
Bu ərazilərdə qaz kəsiləcək
0 0
18.02.2026 Digər
Bu ərazilərində işıq olmayacaq
0 0
18.02.2026 Digər
Bu ərazilərdə su olmayacaq
0 0