Azər Əmiraslanov Kabinetin İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.
Digər qərara əsasən, Mehman Tağıyev Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Xatırladaq ki, ötən gün Ələsgər Ələsgərov Baş Nazir Katibliyinin rəisi təyin edilmişdi.
Qeyd edək ki, A. Əmiraslanov bundan əvvəl Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.