USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik 8,2 milyon manatlıq mənzillər alıb

04.12.2019 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 8 milyon 221 min manatlıq mənzillər alıb.

"Kommersant.az" xəbər verir ki, mənzillər "ŞA-İNŞAATÇI" Mənzil Tikinti Kooperativi, "Bakı Mexanikləşdirmə-1" Açıq Səhmdar Cəmiyyəti, "SARAY-H" Mənzil Tikinti Kooperativi, Əliyev Natiq Allahverdi oğlu və Asif Akif oğlu Əsədzadədən alınıb.

Nazirlik "ŞA-İNŞAATÇI" Mənzil Tikinti Kooperativinə 3 milyon 253 min manat, "Bakı Mexanikləşdirmə-1" ASC-yə 2 milyon 42 min manat, "SARAY-H" Mənzil Tikinti Kooperativinə 1 milyon 803 min manat, Əliyev Natiqə 776 min manat, Asif Əsədzadəyə isə 350 min manat ödəyib.