USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zakir Qaralov Bərdəyə yeni prokuror təyin etdi

09.01.2020 Siyasət
0 1
Bərdə rayonuna yeni prokuror təyin edilib.

“Kommersant.az” xəbər verir ki, Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tərtər rayon prokuroru vəzifəsini icra edən Şıxəli Alməmmədov Bərdə rayon prokuroru təyin edilib.

Xatırladaq ki, Bərdə rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun köməkçisi Babək Paşayev bir müddət əvvəl işlərində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.