USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran Doha və Dubayın müəyyən əraziləri üçün təxliyə xəbərdarlığı etdi

16.03.2026 Siyasət
0 0
İran Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin bəzi yerlərinə və Qətərin paytaxtı Dohaya hücum etməklə hədələdi və sakinləri ərazini tərk etmələri barədə xəbərdar etdi.

İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusu ilə yaxın əlaqələri ilə tanınan yarı-rəsmi Fars Xəbər Agentliyi tərəfindən dərc edilən bəyanatında BƏƏ və Qətərdəki müəyyən ərazilərə hücumlarla hədələnilib.

Bəyanatda Dubay və Dohadakı müəyyən ərazilərin hədəfə alına biləcəyi, ABŞ zabitlərinin və personalının orada gizləndiyi iddia edilib və sakinlərdən ərazini mümkün qədər tez tərk etmələri tələb olunub.

Bəyanatda həmçinin "İran Silahlı Qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq, liderləriniz Amerika terrorçularına sığınacaq verib və ərazinizin İrana hücum etmək üçün istifadəsinə icazə veriblər" ifadəsi də yer alıb.

Əlavə olunan şəkildə Dohanın Lusail, Əl-Vaab və Əyn Xalid məhəllələrində təyin olunmuş hədəflər göstərilib.