USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vladimir Putin onu yeni hökumət başçısı görmək istəyir

15.01.2020 Siyasət
0 0
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir:

“Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və ona hökumət başçısı vəzifəsini təqdim edib. Razılıq aldıqdan sonra o, Mişustinin namizədliyini baxması üçün Dövlət Dumasına təqdim edib”.

Qeyd edək ki, Mişustin 2010-cu ilin aprel ayından Federal Vergi Xidmətinə rəhbərlik edir. Onun 54 yaşı var.

  • Əvvəlki

    Ramzan Kadırov vəzifəsindən getdi

Digər xəbərlər