USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rauf Arifoğlu Ağazadə haqda sərt danışdı: “Yolunu kəsmək lazımdır...” - VİDEO

11.02.2020 Siyasət
0 0
Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı nəticələrə görə 49.2 faiz səslə 35 saylı Xətai üçüncü seçki dairəsinin lideri olan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu rəqibi Ümid Partiyasının sədri İqbal Ağazadənin ünvanına sərt ittihamlar səsləndirib.

"Kommersant.az" xəbər verir ki, Rauf Arifoğlu İqbal Ağazadənin seçki saxtakarlığı barədə fikirlərinə cavab olaraq onun özünü prosesi pozmaqda və ciddi qanun pozuntularına yol verməkdə ittiham edib.

“Rüşvət verən sən, saxtakarlıq edən sən, klon namizəd gətirən sən. Mən üç Abbasovun, üç Raufun içində seçki prosesi aparmışam. Üç Abbasovun biri mənəm ikisini o yaradıb, üç Rauf var idi, biri mənəm, ikisini o yaratmışdı.

Necə olur bu cür adam indi seçki saxtakarlığı barədə bəyanatlar verir. Buna necə inanasan?

Mənim səslərimi gizlədərək, öz səslərini qaldıraraq 2-3 məntəqədə guya fakt yaradıblar. İndi onu sevə-sevə internet məkanında yayırlar ki, sübut olundu. Bəs yerdə qalan 30 məntəqə nə oldu? Niyə onda biz qalib gəldik? Rüşvət verib klon namizəd gətirirsən, rüşvət verib görüşlərimə təxribatçı qadınlar göndərirsən, ət paylayırsan, pesok paylayırsan, vətəndaşların evinə gedib nağd pul təklif edirsən. Seçki kampaniyasının gedişində də eyni metodlardan istifadə olunub”, -deyə Rauf Arifoğlu vurğulayıb.

O əlavə edib ki, İqbal Ağazadənin siyasi fəaliyyəti qadağan olunmalıdır: “Mən hesab edirəm ki, bu adam təhükəli adamdır. Bunun siyasətdə yolunu kəsmək lazımdır. Məhkəmə yolu ilə siyasi fəaliyyətinə qadağa qoymaq lazımdır. Bu, Azərbaycana çox pis dəyərlər gətirir. Siyasətdə belə tendensiya olmaz. Bu qədər əliəyrilik, rüşvətxorluq olmaz”.