USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müxalifət aksiya üçün meriyaya müraciət etdi

11.02.2020 Siyasət
1 0
Müsavat, Respublikaçı Alternativ (REAL) partiyaları, D18 Hərəkatı və müstəqil namizədlər fevralın 16-da etiraz aksiyası keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər.

Yenisabah.az xəbər verir ki, aksiya fevralın 9-da keçirilən parlament seçkilərində baş verən qanun pozuntularına etiraz məqsədi daşıyır. Aksiyanın 28 May metrossu yaxınlığında keçirilməsi planlaşdırılır.