USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Müraciət ediblər ki, Şuşaya ayrıca status verilsin”

17.11.2020 Siyasət
0 0
Erciyes Universitetinin professoru, İrəvan Türk Cümhuriyyətinin rəhbəri, ermənişünas alim, professor Qafar Çaxmaqlının müsahibəsini təqdim edirik:

- Qafar müəllim, atəşkəs anlaşmasından sonra Ermənistanda gedən prosesləri yaxından izləyirsinizmi?

- Əlbəttə, bu günlər düşmən ölkədə hansı proseslərin getdiyini bilməmiz çox vacibdir. Günün çox hissəsini buna sərf edirəm. Bu, sadəcə maraqdan irəli gələn məsələ deyil. Həm də Ermənistanda baş verəcək hadisələrdən doğru nəticə çıxarmaq baxımından önəmlidir. Həmişə o fikirdə olmuşam ki, düşmən ölkədə olub- bitənləri daha yaxından öyrənməliyik. Doğru nəticələr çıxarmaq və düzgün siyasi qərarlar vermək üçün bu lazımdır. Məsələn, bu gün Ermənistan xarici işlər naziri Z. Mnasakanyanı istefaya göndərdilər. Paşinyanın partiyasından olan bir neçə deputat istefa verdi, bəzi nazirlər vəzifəsindən azad edildi . Nədən bunların baş verdiyini bilməli deyilikmi? XİN rəhbərinin istefasının səbəbi açıqlanmır, mən bu fikirdəyəm ki, Azərbaycanla başlanacaq danışıqlara Ermənistan yeni heyətlə gələcək. Onlar düşünürlər və planlaşdırırlar ki, bəzi ölkələrin havadarlığı ilə danışıqlar prosesi zamanı müharibə meydanında iturdikləri geri ala biləcəklər. Bu gün Paşinyan MM-də fraksiya rəhbərlərinin suallarına cavab verərkən dedi ki, hələ hər şey itirilməyib . Şuşa ilə də bağlı təklifləri var. Artıq beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya müraciət ediblər ki, Şuşa kültürəl miras olduğundan ona ayrıca status verilsin və ermənilər də buraya sərbəst gedib gələ bilsinlər. Guya onların burada dini – mədəni varlıqları var. Mən bilə, Şuşada betonla tikilmiş Qazançı kilsəsindən başqa bir abidəsi yoxdur

- İndi orada hansı siyasi proseslər gedir ki, bizim bilməmizi çox vacib hesab edirsiniz?

- Bizim oradakı proseslərə birbaşa müdaxilə imkanlarımız olmasa da bəzi məsələrə net münasibətimiz oyunları poza bilər. Bu mənada da nəyin baş verdiyini bilməliyik. Bilirsiniz ki, baş nazir Paşinyanın Ermənistanın kapitulyasiyaya imza atmasını erməni cəmiyyəti birmənalı qarşılamadı. Ölkədəki müxaliflər dərhal reaksiya verdilər , küçələrə töküldülər və 17 siyasi partiya onun istefasını istədi. Onu müşahidə etmişdim ki, ilk günlər Paşinyan biabırçı məğlubiyyətdən sonra bu fikirdə idi ki, istefaya getsin, amma onu hakimiyyətə gətirən qüvvələr imkan vermədilər. Cəbhədə olan qüvvələrdən də dəstək aldı və hətta onları Ermənistana gəlib “ divar dibində hay-küy qaldıranlara” dərs verməsini istədi. Üstəlik partiya liderlərini, müxalif olan şəxslərin həbsinə start verdi, repressiyalar başladı Onların bəziləri hələ də həbsdədir, ən müxtəlif ittihamlarla. İttihamlardan biri Paşinyana sui- qəsd edilməsi ilə bağlıdır. “Hayrenik” partiyasının sədri Artur Vanetsyan və bir neçə şəxs bu ittihamla tutulub. Amma 17 partiya yenə də irəli sürdükləri tələblərdən vaz keçməyiblər. Tələblərdən birincisi Paşinyanın baş nazir kimi anlaşmadan imzasını çəkməsidir,digərləri isə onun istefa etməsi , “Ölkənin Xilası Komitəsi”nin yaradılması , müharibənin davam etdirilməsidir. Amma Ermənistanın müharibədə başqa çıxış yolunun da olmadığını deyənlər və Paşinyana bu məsələdə haqq verənlər var, Paşinyan əslində xalqa açıq deyir ki, əgər bu addımı atmasaydı və razılaşmasaydı, indi mənzərə tamam fərqli olardı. Xankəndində 200 əsgərin qaldığını və Xankəndinin alınandan sonra cəbhənin həmin istiqamətində 20 min erməninin mühasirəyə düşüb məhv ediləcəyini də açıq söyləyir. Erməni xalqını xilas etdiyini deyir. Zənnimcə, Ermənistanda gərginlik hələ uzun müddət davam edəcək

- Paşinyana sual verənlər varmı ki,əgər gücünüz yox idisə, məğlub olacağınızı bilrdinizsə, niyə müharibəyə girdiniz?

- Əlbəttə, ən ciddi suallardan biri budur ki, Paşinyan özü Ermənistanı müharibəyə təhrik etmişdir. Bu artıq sual deyil, ittiham kimi verilir. Özünün ifadələri ilə, düşük hərəkətləri ilə , 2,5 il ərzində danışıqlar prosesindən qaçması ilə Paşinyan Ermənistanı bu duruma gətirdiyini sərt şəkildə söyləyənlər var. Bunu deyirlər. Amma o, vəziyyətin bu yerə gəlməsində keçmiş hakimiyyəti günahlandırır. Elə bu gün MM-də dedi ki, əgər öncəki illərdə Azərbaycanın 7 rayonunun geri qaytarılması imkanları var idisə, nə üçün Koçaryan – Sarkisyan hakimiyyəti bunu etməmişdi. Dedi ki, bu məsələni mən onlardan miras almışdım və müharibə olacağı təqdirdə Azərbaycanı güzəştlərə getməsini məcbur edəcəyimizi düşünürdük. Bu olmadı.

- Səbəblərini də izah edirmi?

- Ermənisayağı uydurmalarla vəziyyətdən çıxmaq istəyir. Onu- bunu- o ölkəni-bu ölkəni , liderləri günahlandırır. Açıq deməsə də strateji ortağın Rusiyanın “xəyanətinə” işarə vurur. Deyir ki, biz yalnız Azərbaycanla deyil, 8 ölkə ilə vuruşurduq və s. Gülməlidir deyilmi? Bilirsiniz, erməni siyasəti, ideologiyası yalan , şantaj, bəhanələr üzərində qurulub, o bu gün də davam etdirilir. Əvvəllər də Koçaryan, Sarkisyan hakimiyyəti dövründə də belə idi. Üstəlik onlar cinayətkar idilər. Cinayətlərini , talançılıqlarını ört-basdır etmək üçün danışıqlar prosesini uzadırdılar. Ermənistanda indiyədək normal, zəkalı və siyasətdən anlayan bir lider hakimiyyətdə olmayıb...Hakimiyyət komandasında da prakmatik birisinə rast gəlməmişəm . Ter- Petrosyaan sonralar anlamışdı ki, Azərbaycanla zarafat etmək olmaz, gec-tez torpaqqlarını istəyəcək və alacaq-deyirdi Amma onun da siyasi iradəsi və yetkisi çatmadı ki bunu etsin. . Bu müharibə onu göstərdi ki, ermənilər bir xalq olaraq heç bir qabiliyyətə malik deyillər. Hərb sənəti də, diplomatiyası da, diasporu da saxta, yalan üzərində qurulduğundan məsələlər ciddiyyətə minəndə hər şey aydınlaşır, onların iç üzü açılır və gülünc bir mənzərə alınır. İndi görünən odur ki , Ermənistanda iç siyasət də həmişə gərginlik olacaqdır. Bu millət həm də oğru millətdir, indi üzə çıxır ki, əsgərin ərzağını belə oğurlayaıb yeyirlərmiş... Azərbaycana və Türkiyəyə münasibətin dəyişməsini və nəhayət ağla gəlib xalqın gələcəyi üçün doğru qərar qəbul etmək əvəzinə yenə düşmənçilik təbliğatı aparılır. Daha anlamırlar ki, Ermənistan Azərbaycan və Türkiyəsiz yaşaya bilməyəcək, həmişə bizə ehtiyacları olacaq. Bunu anlamaq üçün yenə deyirəm bir az qabiliyyət , ağıl olmalıdır. Baxın, Dağlıq Qarabağın ətrafında olan rayonlarımızda məskunlaşma apararkən onlar anlamalı idilər ki, bu torpaqqları sizə heç vaxt verməyəcəklər. Mən bununla bağlı tədqiqat aparmışam, kitabım da var. Bu rayonlarımızda 32 min erməni məskunlaşdırmışdılar. İndi isə dünya gördü oradan çıxarkən hansı murdar hərəkətlərə əl atdılar. Evdən unitaz çıxarıb aparan, evlərin pəncərsini sökən, meşələri qırıb Ermənistana odun daşıyan və evləri, məktəbləri atəşə verən milləti bütün dünya tanıdı . Nə dərəcədə barbar olduqlarını gördü dünya. Bunlarla hansı dildə danışılmalıdır? Kapitulyasiyanın bizə verdiyi imkaanlardan istifadə edərək bu terrorçu ölkəni diz çökdürməliyik. Təzminat məsələsi mütləq gündəmə gətirilməlidir.100 milyard dollar

- Ermənistanın gələcəyi haqqında nə fikirdəsiniz?

- Həmişə o fikirdə olmuşam ki, bu ölkənin heç bir siyasi və iqtisadi perspektivi yoxdur. Bu ölkə Azərbaycan türklərinin torpaqlarında ədalətsizcəsinə qurulmuş bir dövlətdir. Bu ərazilərin sahibləri var. Gec- tez biz Qərbi Azərbaycanlılar öz Vətənimizin sahibinə çevriləcəyik, necə bu gün Kəlbəcərlilər, Ağdamlılar, Füzulilər və s. öz doğma yurdalarına qayıdacaqlar, eynən elə. İndi Ermənistanın boşalması prosesi yenidən başlayacaq. Bu millət həm də qorxaq millətdir. Vətən anlayışı da yoxdur. Artıq bu qaçışın işartıları görünməkdədir. Türkiyə TBMM-də təzkirə qərarı çıxardıb Azərbaycana ordusunu yeridəndən sonra bu proseslər daha da genişlənəcək. Ermənilərin canına qorxu düşüb.

- Rusiya sülhməramlılarının bölgəyə gəlişi ilə bağlı...

- Əlbəttə, bunu istəməzdik. Amma dünyada elə məsələlər var ki, bizim iradəmizdən, arzuladığımızdan kənarda baş verir. Bu da elə oldu. Olmaya bilərdimi? Demək çətindir. Amma bunu mən də başqaları kimi ağrılı qəbul etdim. Əlbəttə, Rusiya hədəflərinə ulaşmaq üçün bu müharibədən ustalıqla istifadə etdi... Bundan sonra elə etmək lazımdır ki, onların bizim daxili siyasətimizə müdaxilə imkanları olmasın. Onlar sülhü təmin etməyə gəlməyiblərmi? Bu çərçivədən kənara çıxmalarına imkan verməməliyik.

- Siz İrəvan Türk Cümhuriyyətinin rəhbərisiniz. Bu müharibə İTC üçün hansı imkanları açdı?

- Müharibə başlanan andan bizim heyətdə yer alanlar hər şey cəbhə üçün, hər şey qələbə üçün prinsipini əsas götürdülər və bütün fəaliyyətimizi qələbənin təmin olunmasına töhfə vermək istiqamətində qurduq. Çox sayda şəhidlərimiz oldu. Allah onlara rəhmət eləsin. Baş verən proseslərdən asılı olmayaraq İTC qarşısına aydın bir məqsəd qoyub. Torpaqlarımıza geri dönmək. Dediyim kimi Ermənistan adlanan ölkənin tamamı bizə aiddir, ermənilər buraya gəlmədir. Xalqımızı oradan müxtəlif vaxtlarda, müxtəlif üsullarla çıxardıblar. Biz tarixi ədalətsizliyi bərpa etmək istəyirik. Zəngəzurdan Naxçıvana açılacaq yol bu müharibənin önəmli qazanımlarından biri oldu, yalnız ona görə yox ki, Türk dünyasına 100 il bundan öncə qapanmış bu yolu əldə etdik, həm də ona görə ki, Zəngəzurun xilas edilməsi üçün bu bölgədə təşkilatlanma və fəaliyyət imkanı əldə etdik.

- Gələcəkdə burada bir muxtariyyət almaq üçünmü?

- Qətiyyən. İTC qarşısına belə bir məqsəd qoymur. Biz ermənilərlə bir arada, bir dövlət içində yaşamağın əleyhinəyik. Onun nə demək olduğunun dərsləri ortadadır. Biz İrəvan xanlığının varisi kimi ortaya çıxmışıq və hesab edirəm ki, 1828- ci ildə işğal edilmiş ərazilərimizi istəyirik, buradan çıxan 5 milyondan artıq insanımızın hüquqlarının bərpası üçün mücadilə edirik. Sizi inandırım, elə bir zaman gələcək ki, biz bu işi reallaşdırmaq imkanı əldə edəcəyik. Baxın, tarixi şərait yarandı, Qarabağın azad edilməsi mücadiləsinə başladıq və başardıq. Gələcəkdə şərait mütləq yaranacaq, biz ona hazır olmalıyıq. Türkün qarşısında heç bir qüvvə duruş gətirə bilməyəcək.Moderator