USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“PAŞA Bank”da növbədənkənar ümumi yığıncağı keçiriləcək

19.11.2025 Bank
0 0
“PAŞA Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Kommersant.az xəbər verir ki, “PAŞA Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 15 dekabr 2025-ci il tarixində, saat 17:00-da keçiriləcək.

Yığıncaq Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 13 ünvanında yerləşən Baş ofisdə, eləcə də telekommunikasiya vasitələri ilə məsafədən təşkil olunacaq.

Gündəlikdə Cəmiyyətin Səhmdarlarının Ümumi Yığıncağının səlahiyyətlərinə aid olan məsələlərin müzakirəsi nəzərdə tutulur.

Səhmdarlar gündəliyə dair materiallarla Bankın Baş ofisində tanış ola və ya elektron qaydada müraciət etməklə məlumat əldə edə bilərlər.