USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp süni intellekt təşəbbüsü ilə bağlı sərəncam imzalayıb

25.11.2025 Siyasət
0 0
ABŞ Prezidenti Donald Tramp süni intellektdən istifadə edərək innovasiyanı təşviq etmək üçün "Genesis Mission" federal təşəbbüsünün başlanmasına dair sərəncam imzalayıb.

Ağ Evin sərəncamla bağlı açıqlamasında bildirilir ki, Genesis Mission ABŞ Energetika Nazirinə milli laboratoriyaların imkanlarından istifadə etməklə "millətin ən parlaq zəkalarını, ən güclü kompüterlərini və geniş elmi məlumat resurslarını" ortaq tədqiqat ekosistemində bir araya gətirməyi tapşırır.

Bəyanatda qeyd olunur ki, sərəncamda Energetika Nazirliyinə qapalı dövrəli süni intellekt təcrübə platforması yaratmaq tapşırığı verilib və Genesis Mission-u dəstəkləmək üçün akademiya və özəl sektorla əməkdaşlığın həyata keçiriləcəyi vurğulanıb.

Bəyanatda təşəbbüsün əsas diqqət sahələrinə biotexnologiya, kritik materiallar, nüvə parçalanması və birləşmə enerjisi, kosmik tədqiqat, kvant informasiya elmi, yarımkeçiricilər və mikroelektronika daxil olduğu qeyd edilib.

Bəyanatda qeyd olunur ki, Tramp administrasiyası Genesis Mission ilə növbəti 10 il ərzində federal tədqiqat və inkişaf fəaliyyətlərinin səmərəliliyini və təsirini artırmağı hədəfləyir və süni intellektin elmi vasitə kimi istifadəsinin tədqiqat proseslərində inqilab edəcəyi qeyd edilib.

Bəyanatda həmçinin bildirilir ki, Genesis Mission ABŞ-a süni intellekt yarışında lider mövqeyini qazanmaq və qorumaq üçün bir platforma təmin edəcək.