USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ceyhun Bayramov İrana səfər edəcək

07.12.2020 Siyasət
0 0
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 dekabrda İranın paytaxtı Tehran şəhərinə səfər edəcək.

"Kommersant.az" xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında bildirib.

O qeyd edib ki, C. Bayramov səfər çərçivəsində İran Prezidenti Həsən Ruhani, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək.