USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Keçmiş nazirin şirkəti - LƏĞV OLUNUR

28.04.2021 Siyasət
0 0
"Improtex Group" MMC-yə daxil olan "Improtex Trading" MMC ləğv olunaraq holdinqin digər şirkəti - "Improtex Motors" MMC-yə qoşulduğunu elan edib.

"Kommersant.az" Report.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat dərc olunub

Xatırladaq ki, sözügedən şirkətlər qrupu Azərbaycanın keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.