USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azad Rəhimov VƏFAT ETDİ - Nəşi Bakıya gətirilir

28.04.2021 Siyasət
0 2
Uzun müddətdir, ABŞ-da müalicə olunan İdman və gənclər naziri Azad Rəhimov dünyasını dəyişib.

"Kommersant.az" sfera.az-a istinadla xəbər verir ki, xəstəxanada vəfat edən nazirin nəşi bu saatlarda Bakıya gətiriləcək.

Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Ailəlidir, bir övladı var. Sadıq Rəhimovun nəvəsidir. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub.

1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbin birinci sinifinə daxil olub. 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib və həmin il Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub. 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb.

1987–1989-cu illərdə Azərbaycan LKGI Xətai rayon komitəsində şöbə müdiri,

1989–1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib.

1994–1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru,

1998-ci ildən 7 fevral 2006-cı il tarixədək "İtaldizayn" Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin № 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilmişdir.