USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ramin Quluzadənin adı Prezident Aparatındakı siyahıdan çıxarılıb

10.06.2022 Siyasət
0 0
Ramin Quluzadənin adı Azərbaycan Respublikası Prezidentinin stukturunda olan siyahıdan çıxarılıb.

Bu barədə Kommersant.az Prezidentin rəsmi səhifəsinə istinadən xəbər verir.

Qeyd edək ki, o 26 yanvar 2021-ci ildən Prezidentin İşlər müdiri vəzifəsinə təyin edilib.

2015−2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

2016–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir. 2017-ci il fevralın 13-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

2021-ci ilin yanvarın 26-da vəzifəsindən azad edilmişdir. Həmin gün, Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin olunub.