USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Tayvanla bağlı mövqeyini açıqladı

29.07.2022 Siyasət
0 0
“Vaşinqton Tayvanda separatizmi dəstəkləmir”.

Bunu ABŞ Prezidenti Co Bayden Çin prezidenti Si Cinpinlə telefon danışığı zamanı deyib.

“Bir daha qeyd etmək istəyirəm ki, ABŞ-ın “Vahid Çin” siyasəti ilə bağlı mövqeyi dəyişməyib və dəyişməyəcək, Amerika tərəfi Tayvanda separatizmi dəstəkləmir”, – deyə Bayden deyib.

O qeyd edib ki, Çin-ABŞ əməkdaşlığı təkcə iki ölkənin xalqlarının deyil, bütün dövlətlərin xeyrinədir və ABŞ Çinlə maneəsiz dialoqu davam etdirməyə ümid edir:

“Biz ümid edirik ki, Çinlə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı inkişaf etdirək, eləcə də bütün fikir ayrılıqlarını lazımi qaydada həll edək”.