USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyada yaşanan böhran fonunda Serbiyada fövqəladə vəziyyət tətbiq ediləcək

29.07.2022 Siyasət
0 0
Serbiyada avqustun 1-dən 2023-cü il martın 31-nə qədər faktiki olaraq fövqəladə vəziyyət rejimi tətbiq ediləcək.

Bu barədə məlumatı Serbiya Prezidenti Aleksandr Vuçiç açıqlayıb.

Onun sözlərinə görə, buna səbəb hazırda dünyada yaşanan böhran və onun enerji və ərzaq təminatına təsiridir.

“Artıq avqust ayı başlamaq üzrədir. Martın sonuna qədər ölkədə fövqəladə vəziyyət rejimi olacaq, buna baxmayaraq, biz bunu rəsmi olaraq tətbiq etməyəcəyik”, – deyə Vuçiç söyləyib.