USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Ukraynada nüvə silahından istifadə etməyəcək - RUSİYA XİN

03.08.2022 Siyasət
0 0
Rusiya Ukraynada hərbi əməliyyatlar zamanı nüvə silahından istifadə variantını nəzərdən keçirmir, bunu Rusiya nümayəndə heyətinin nümayəndəsi Aleksandr Trofimov Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə konfransında çıxışı zamanı deyib.

“Bu məsələ ilə bağlı Rusiyanın doktrinal qaydaları məlumdur və son dərəcə aydındır. Biz hipotetik olaraq nüvə reaksiyasına yalnız kütləvi qırğın silahlarının tətbiqi ilə təcavüzə cavab olaraq, dövlətin mövcudluğu təhlükə altında olduqda icazə veririk. Bu hipotetik ssenarilərin heç biri Ukraynadakı vəziyyətə aid deyil”, – deyə Aleksandr Trofimov söyləyib.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatların başlanmasından üç gün sonra, fevralın 27-də Rusiya Prezidenti Vladimir Putin hərbçilərə çəkindirmə qüvvələrini “xüsusi döyüş rejiminə” keçirməyi əmr edib. O, bu addımını Qərb ölkələrinin “qeyri-dost hərəkətləri”, eləcə də Rusiyaya qarşı “aqressiv” ritorikası ilə əsaslandırıb.