USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradıb

13.10.2022 Siyasət
0 0
Nazirlər Kabineti Dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradılması barədə qərar verib.

Qərar “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 may tarixli 3272 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərara əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.