USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslərə vəzifə verildi

13.10.2022 Siyasət
0 0
Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi dəyişib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yeni tərkibi aşağıdakı kimidir:

Komissiyanın sədri

Orxan Nəzərli - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi.

Komissiyanın sədrinin müavini

İlkin Vəliyev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini.

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının Uçot siyasəti şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Qiymət statistikası şöbəsinin müdiri;

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının İqtisadi siyasət şöbəsi müdirinin müavini;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi; Azərbaycan Respublikası Mərkəzi Bankının Nağd Pul Departamentinin direktoru;

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin baş direktoru;

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru; Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyəti sədrinin müavini.